Modern.az

Ötən gün 92 nəfər TUTULUB

Ötən gün 92 nəfər TUTULUB

Aktual

24 Yanvar 2022, 10:15

2022-ci il yanvar ayının 22-də və 23-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

   

Daxili İşlər Nazirlyiinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.

  

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

    

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 62 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı