Modern.az

Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu

مورد توجه

1 İyul 2022, 09:00

Filippinin Luson adasının sahillərində 6,1 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentrinin Şimali İlokos əyalətinin 102 min əhalisi olan Laoaq şəhərindən 121 kilometr şimal-şərqdə, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

 

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib, sunami xəbərdarlığı elan edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı