Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan XİN başçısının müavini Bəxtiyor Saidovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Qaziantep vilayətində baş tutub.
"Çətin günlərimizdə bizi tək qoymayan qardaş Özbəkistanın xarici işlər nazirinin müavini Bəxtiyor Saidova həmrəylik səfərinə görə minnətdarıq", - o bildirib.
Akif İsmayılov