2022-ci ildə rüşvətlə bağlı cinayətlərin sayında artım olub.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, əvvəlki illə müqayisədə rüşvət alma və rüşvətə təhrik etmə ilə bağlı cinayətlərin sayı 5,5 faiz çox olub.
Bundan başqa, mənimsəmə və ya israf etmə cinayətlərinin 19,6 faiz artdığı bildirilib.