Modern.az

Müharibəyə görə Zelenskini günahkar sayırlar - Politoloq

Müharibəyə görə Zelenskini günahkar sayırlar - Politoloq

Aktual

24 Fevral 2023, 12:24

Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin birinci ildönümünü şərh edərkən deyib.

 

"Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı, bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi, Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi", - deyə o bildirib.

 

Politoloq qeyd edib ki, Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi: "Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı, Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi".

 

Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı müharibədən bir il ötür. Geridə qalan bir il ərzində Ukraynanın bütün şəhərləri bombardman edilib, minlərlə mülki şəxs həlak olub, infrasturuktur dağılıb.

 

Qərb mənbələrinin məlumatına görə, müharibədə Rusiya 150 minə yaxın hərbçi itirib (ölüb və ya yaralanıb). Bu, 4 il davam edən iki çeçen müharibəsindən 943% çox itki deməkdir. Rusiyanın Ukrayna tərəfindən açıqlanan itkiləri Sovet ordusunun Əfqanıstandakı 9 illik müharibədə itirdiyindən 870% çoxdur. Ukraynada isə 8000-ə yaxın mülki vətəndaşın öldüyü təsdiqlənib və onların 438-i uşaqdır. Rusiya mənbələri iddia edir ki, müharibə başladıqdan bəri Ukrayna ordusu həftədə 250-300 əsgərini itirir.

 

Rahib Ələsgərov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı