Modern.az

İstanbul terrorçusu məhv edildi

İstanbul terrorçusu məhv edildi

Aktual

24 Fevral 2023, 13:58

Ötən ilin noyabr ayında İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktının təşkilatçısı Halil Menci Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Terror hücumunu həyata keçirən şəxslər - Əhlam Əlbəşir Saleh və Bilal Həsəni idarə edən, Həsənin xaricə qaçmasına kömək edən Halil Mencinin PYD/YPG-nin nəzarətində olan Suriyanın Qamışlı bölgəsində qorunduğu və YPG liderləri ilə əlaqədə olduğu bildirilib. 

 

MİT-in Qamışlı bölgəsində keçirdiyi uğurlu əməliyyat nəticəsində  Halil Menci zərərsizləşdirilib.

 

Qeyd edək ki, 2022-ci il noyabrın 13-də İstanbulun Taksim ərazisində partlayış baş verib. Terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

 

 

Rahib Ələsgərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı