Modern.az

Məhkumun gizlətdiyi tüfəng tapıldı

Məhkumun gizlətdiyi tüfəng tapıldı

مورد توجه

12 Oktyabr 2023, 11:26

Oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd lüləsi kəsik ov tüfəngi və 4 ədəd güllə Göygöl rayonu Çaylı kəndində boşluq ərazidə aşkar edilərək götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı