Modern.az

Yunan komandan Türkiyəni HƏDƏLƏDİ

Yunan komandan Türkiyəni HƏDƏLƏDİ

Dünya

Bu gün, 10:01

Yunanıstan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Demosfen Qriqoriadis Türkiyəni hədələyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkəsinin Türkiyə üzərində Egey dənizində hava üstünlüyü barədə iddialı bəyanatla çıxış edib: “Mütləq rəqəmlər bir-birinə çox yaxın olsa da, Yunanıstan Hərbi Hava Qüvvələri üstünlüyünü qoruyur və daha mükəmməl sistemlərə sahibdir, buna görə də səmada dominantlıq edir. Beynəlxalq səviyyədə nüfuz qazanan və NATO-nun bütün təlimlərində iştirak edən hərbi kadrlarımızı da unutmaq olmaz. Biz heç kimi kiçiltmirik, lakin düşmən hər hansı bir addım atmazdan əvvəl dəfələrlə düşünməli olacaq. Sahib olduğumuz atəş gücü milli təhlükəsizliyimizi tam şəkildə təmin edir”.

Yunan komandanın bu iddialarına rəğmən, Türkiyə Hərbi Hava Qüvvələrinin tərkibindəki döyüş təyyarələrinin sayı və vəziyyəti Yunanıstandan daha üstündür. Hazırda Türkiyənin arsenalında təkcə F-16 qırıcısının müxtəlif modifikasiyalarda 230-dan çox nümunəsi mövcuddur. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı