Modern.az

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb

Ölkə

Bu gün, 14:38

“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.

Modern.az xəbər verir ki, “Azərsun Holdinq” də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cavab verdiyi üçün ikinci dəfə təltif olunub. Mükafat şirkətlər qrupunun baş icraçı direktoru Savaş Uzana təqdim edilib.

Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı