Rusiyada tanınan azərbaycanlı iş adamı Əlişah Süleymanov yol qəzasında həlak olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Çelyabinsk vilayətindəki Plats şəhəri yaxınlığında baş verib.
Toyota Land Crusier avtomobilinin yoldan çıxması zamanı sərnişin yerində oturan Süleymanov yaralanıb. Onun sürücüsü isə ağır xəsarətlərlə xəstəxanaya çatrıdılıb.
Əlişah Süleymanov Rusiyanın Ural regionunda fərqli sahələrdə fəaliyyət göstərən bir neçə şirkətin sahibidir.