Qax rayonunda silahlı insident baş verib. Bu barədə Modern.az-a məlumat verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:
“Polis əməkdaşı Hacıməhəmməd Hətəmov işə gedərkən, yolda əllərində silah olan iki şəxsə rast gəlib. Polis avtomobilini saxlayaraq, şəxslərdəki silahın sənədini, icazələrinin olub-olmadığını soruşub. Həmin şəxslər qaçmağa cəhd ediblər. Polis əməkdaşı silahı almağa çalışarkən, atəş açılıb və əlindən yaralanıb. Naməlum şəxslər isə meşəyə qaçaraq, gözdən itiblər. Hazırda həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir”.
DİN rəsmisinin sözlərinə görə, yaralanan polis əməkdaşının əlinin bir barmağı amputasiya olunub, vəziyyəti kafidir.