Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Səbail rayonunda qeydə alınıb.
Modern.az-ın xəbərinə görə, Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.