Modern.az

Göygöldə qayınata yeznəsini bıçaqladı

Göygöldə qayınata yeznəsini bıçaqladı

Hadisə

26 Sentyabr 2021, 09:59

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu