Modern.az

Toyundan 1 gün əvvəl canına qıyan Aysun - FOTO

Toyundan 1 gün əvvəl canına qıyan Aysun - FOTO

17 İyul 2022, 17:49

Xəbər verdiyimiz kimi bu gün  Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, bu gün toyu olacaq 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində özünü asıb. 

 

Aysun 2 ilimiş nişanlıymış. Bir neçə gün öncə nikahı və qız toyu olub. 

 

Axşamdan toya hazırlıq görüldüyü üçün evdəkilər oyaq olub. Səhərə yaxın Aysunun evdə olmadığını görüb axtarmağa başlayıblar. Saat 5 radələrində isə onun cansız bədənini zirzəmidə tapıblar. Qızın nə üçün intihar etdiyi isə hələlik məlum deyil.

 

Qeyd edək ki, bir müddət öncə Aysunun əmisi qızı da özünü güllələyərək intihar edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok