Modern.az

ABŞ-də neft emalı zavodunda partlayış oldu

ABŞ-də neft emalı zavodunda partlayış oldu

Dünya

9 May 2026, 03:53

ABŞ-nin Luiziana ştatının Şalmett şəhərində yerləşən neft emalı zavodunda güclü partlayış və yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Fox 8" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış "PBF Chalmette" neft emalı zavodunda qeydə alınıb.

Partlayışda sonra başlayan yanğın daha sonra söndürülüb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!