Modern.az

Ödəniş kartları ilə fırıldaqçılıq kəskin artıb - Mərkəzi Bank

Ödəniş kartları ilə fırıldaqçılıq kəskin artıb - Mərkəzi Bank

İqtisadiyyat

8 May 2026, 17:50

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manat həcmində 4 995 fırıldaqçılıq halı baş verib.

Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.

Cari ilin yanvar-mart aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 98,3%-i, ölkəxarici halların isə 80,6%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!