Modern.az

Universitetdə direktor təyinatı - DOSYE

Universitetdə direktor təyinatı - DOSYE

Təhsil

Bu gün, 18:03

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. 

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə ADNSU-nun dosenti Nazilə Salmanova ya həvalə olunub.

Qeyd edək ki, Nazilə Salmanova Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda aspirantura təhsili alıb.

1995-ci ildə “Polimerlərin neft mənşəli antioksidantlarla stabilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.  

2003-cü ildən etibarən ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsində fəaliyyət göstərən Nazilə Salmanovaya “dosent” elmi adı verilib. Hazırda isə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorluq dissertasiyası üzərində elmi fəaliyyətini davam etdirir.

O, 2022-ci ildən universitetin nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun “Kataliz və neft emalı” laboratoriyasının müdiri vəzifəsində çalışırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV