Modern.az

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

Ölkə

Bu gün, 22:35

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.

Modern.az xəbər verir ki, onun heç yerdə olmayan fotosu yayımlanıb. Foto 1998-ci ildə çəkilib. Həmin vaxt leytenant İlqar Mirzəyev Bakı Ali Birləşmiş Hərbi Komandirlər məktəbinin hərbi taborunun artileriya bölüyünün komandiri idi.

İlqar Mirzəyev 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub.

Aprel döyüşləri vaxtı "N" saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. 

2020-ci il iyulun 14-də baş vermiş Tovuz döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV