Modern.az

Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olundu 

Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olundu 

Dünya

8 May 2026, 23:47

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək.

ABŞ lideri bildirib ki, razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

Tramp qeyd edib ki, bu təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən dəstəklənib.

“Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, tərəflər münaqişənin başa çatmasına hər gün bir qədər də yaxınlaşır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV