Modern.az

Xocavənddəki qəzada yaralananların sayı artıb

Xocavənddəki qəzada yaralananların sayı artıb

Hadisə

3 Aprel 2024, 12:53

Xocavənd rayonunda baş verən qəza ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, Bərdə RMX-dan bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4 kişi, 7-i qadın) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

 

Xatırladaq ki, Xocavənd rayonunda mikroavtobus aşıb. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib.Nəticədə mikroavtobus aşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok