Modern.az

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA rəsmisi UEFA-dan təyinat aldı

İdman

1 Aprel 2024, 09:24

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

 

C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…