Modern.az

Millimiz Macarıstana uduzdu

Millimiz Macarıstana uduzdu

İdman

12 İyul 2024, 22:56

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv B Liqasının I qrupunda Macarıstan yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma rəqibin 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Azərbaycan seçməsi 4 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri