Azərbaycanla Türkmənistan Xəzər dənizindəki mübahisəli “Dostluq” neft yatağının birgə istifadəsi barədə razılıq əldə edib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın “Lukoyl” şirkəti də layihədə iştirak edəcək.
“Lukoyl” şirkətinin prezidenti, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov layihədə iştirak etmək üçün razılıq verib.
Xatırladaq ki, “Dostluq” neft-qaz yatağının 70%-nin Türkmənistan, 30%-nin isə Azəbaycan tərəfinə məxsus olması gözlənilir.