Modern.az

Dünyanın yarısından çoxu artıq çəkili olacaq - HESABAT

Dünyanın yarısından çoxu artıq çəkili olacaq - HESABAT

2 Mart 2023, 17:43

2023-cü ilə qədər dünyanın yarısından çoxu - 4 milyarddan çox insanın artıq çəkidən əziyyət çəkəcəyi proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Piylənmə Federasiyasının hesabatında bildirilib.

 

Hesabatda piylənmənin xüsusilə uşaqlar arasında və aşağı gəlirli ölkələrdə sürətlə artdığı qeyd olunub. Bildirilir ki, uşaqlar arasında piylənmə 2035-ci ilə qədər iki dəfə arta bilər.

 

Qeyd edək ki, 2020-ci ildə 2,6 milyard insan və ya dünya əhalisinin 38%-i artıq çəkili hesab edilib.

 

Federasiyanın prezidenti Louise Baur piylənmə ilə bağlı xəbərdarlıq edib və vəziyyətin pisləşməsinin qarşısını almaq üçün siyasətçilərin indi hərəkətə keçməli olduğunu bildirib.

 

"Uşaqlar və yeniyetmələr arasında piylənmə nisbətlərinin ən sürətlə artdığını görmək xüsusilə narahatvericidir. Dünyadakı hökumətlər və siyasətçilər əllərindən gələni etməlidirlər", - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək