Modern.az

Qadınlar kişilərdən 2 dəfə az gəlir əldə edir - HESABAT

Qadınlar kişilərdən 2 dəfə az gəlir əldə edir - HESABAT

İqtisadiyyat

7 Mart 2023, 10:48

Son 20 ildə qadınların işləmə imkanları, iş şəraiti və qadınlarla kişilər arasında əməkhaqqı fərqləri demək olar ki, dəyişməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yaydığı hesabatda qeyd olunub.

 

Təşkilat bildirir ki, qadınlar iş tapmaqda hələ də kişilərdən daha çox çətinlik çəkirlər.

 

Dünyada əmək qabiliyyətli qadınların 15%, kişilərin 10,5%-i işsizdir. Bu fərq 2005-2022-ci illər arasında demək olar ki, dəyişməz qalıb. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəmlər müvafiq olaraq 24,9% və 16,6% təşkil edir.

 

Təşkilatın məlumatına görə, qlobal miqyasda kişilərin əmək haqqından qazandığı hər 1 dollarla müqayisədə qadınlar 51 sent qazanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!