Modern.az

Mərkəzi Bankda inflyasiya müzakirəsi

Mərkəzi Bankda inflyasiya müzakirəsi

İqtisadiyyat

28 İyul 2023, 16:32

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla birlikdə inflyasiya meyilləri müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tvitter hesabında məlumat paylaşıb.

 

"AMB-də ölkədəki bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı qlobal iqtisadi proseslər, o cümlədən qlobal artım və inflyasiya meyillərinə təsir edən amillər müzakirə olundu, həmçinin pul bazarındakı proseslər, faiz transmissiyasının gücləndirilməsi istiqamətində aparılan islahatlar, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - deyə AMB sədri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?