Dünya möcüzələrlə, qeyri-adiliklərlə, insana gərək olan informasiyalarla doludur. Onları bilmək isə daha əfzəldir. Modern.az saytı aqillərin bəzi müdrik kəlamlarını oxucuların diqqətinə çatdırır. Aqillər deyib ki...
Bədəni 4 şey qüvvətləndirər: ət yemək, ətriyyat iyləmək, çox çimmək, kətan paltar geymək.
***
4 şey səni 4 şeyə çatdırar: səbir istəyə, çalışmaq mətləbə, pəhrizkarlıq sağlamlığa, qənaət dövlətə.
***
Baş tükünün 4 əlaməti var: alın nahiyyəsindən ağarması şücaətlilik əlaməti, qabaq tərəfdən ağarması xoşbəxtlik əlaməti, iki tərəfdən
ağarma səxavətlilik əlaməti, arxadan ağarma pislik əlamətidir.
***
Kişilər 4 sifətə malikdir: kəramətli, səxavətli, paxıl və ləim. Kəramətli özü yeməz xalqa verər, səxavətli özü də yeyər, xalqa da verər, paxıl özü yeyər, xalqa verməz, ləim nə özü yeyər, nə xalqa verər.
***
4 nəfərlə dostluqdan çəkin: axmaqla, yalançı ilə, paxılla, fitnəkarla.
***
4 şey ömür artırar: bakirə qızla evlənmək, isti su ilə çimmək, sağ tərəfi üstə yatmaq, səhərlər alma yemək.
***
4 şeyin qədrini bilin: cavanlığın, sağlamlığın, əmin-amanlığın, ölülərin.
***
4 şeyi yadda saxla: ən böyük dövlət əqldir, ən böyük yoxsulluq axmaqlıqdı, dəhşət özünü bəyənməməkdir, ən böyük ünsiyyət gözəl rəftardır, yaxşı xasiyyətdir.
***
4 şey 4 şeydən doymaz: yer yağışdan, göz baxmaqdan, yar yardan, alim elmdən.
***
4 şey 4 şeyi gətirər. Sakit olmaq rahatlığı, uzun danışmaq rüsvayçılığı, səxavət ucalığı, şükür etmək bolluq gətirər. Hazırladı: Adəm Qorxmaz