Bu gün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından 98 il ötür.
Modern.az xəbər verir ki, 1922-ci il martın 12-də yaradılmış respublika Vladimir Lenin ideyası əsasında qurulmuşdu. O, vətəndaş müharibəsindən sonra milli münasibətləri nizamlamaq, dağılmış təsərrüfatı, ictimai-siyasi münasibətləri sabitləşdirmək üçün Cənubi Qafqaz respublikalarının birləşməsi ideyasını irəli sürmüşdü.
Respublikaya Serqo Orconikidze (1922-1926), İvan Oraxelaşvili (1926-1929), Aleksandr Krinitski (1929-1930), Vissarion Lominadze (1930), Lavrenti Kartvelişvili (1930-1931), İvan Oraxelaşvili (1931-1932) və Lavrenti Beriya (1932-1936) rəhbərlik edib.
1936-cı il dekbarın 5-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ləğv olunaraq, Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikalarına ayrıldı.