“İlhamə Quliyevanın məni məhkəməyə verməsindən xəbərim yoxdur”. Bunu Modern.az-a açıqlamasında xalqa artisti Nazpəri Dostəliyeva İlhamə Quliyevanın onu məhkəməyə verməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib.
N.Dostalıyevanın sözlərinə görə, onun məhkəmədən xəbəri yoxdur və bu məsələlərlə yalnız vəkilləri məşğul olur.
“Bu işlərlə mənim vəkillərim məşğul olur, heç bir məhkəmədən mənim xəbərim yoxdur. Məhkəmə olmadan da heç nə deyə bilmərəm”.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. Belə ki müğənninin vəkili Şəfiqə Nağıyeva mətbuata açıqlamasında, hanşı şikayət ilə iddia qaldırdıqlarını bildirib: "İlhamə xanım qarşı tərəfi onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaqda ittiham edir. İlhamə Quliyeva Nazpəridən mənəvi zərərə görə 200 min, maddi ziyan üçün isə 500 min manat təzminat tələb edir".
Şahanə RƏHİMLİ