Mətbuat Şurası bu günkü iclasında “Azad yeni fikir” qəzetini “reket qəzet” elan edib. Qeyd edək ki, bu qəzetin baş redaktoru Aqil Mahmudov 88 saylı Göyçay seçki dairəsiindən Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. DSK onun namizədliyini rəsmən qeydə alıb.
Mətbuat Şurasının İdarə Heyəti bu qərarın qəbulunda Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 28 sentyabr tarixli iclasının rəylərini əsas götürüb. Qəzetin adı Şuranın “qara siyahı”sına salınarkən bu nəşrin əməkdaşlarının yol verdikləri hüquqazidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-də jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir.
Modern.az