Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən "REAL" hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin məhkəməsi keçiriləcək.
Modern.az-ın xəbərinə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
O deyib ki, rayon məhkəməsinin qərarından verilən şikayətə sabah Bakı Appelyasiya Məhkəməsində baxılacaq. Məhkəmə prosesi qapalı keçiriləcək.
Xatırladaq ki, Natiq Cəfərli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Ağa AKİFOĞLU