Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açacaq.
Modern.az Abxaziya KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma dövlətin vitse-prezidenti Vitali Qabniya məlumat verib.
Azərbaycan torpaqlarında yaradılan separatçı qurumun 25 illiyik tədbirində iştirak edən Qabniya Xankəndində Abxaziyanın, Suxumidə isə Dağlıq Qarabağın səfirliyinin açılacağını deyib.
“Biz bir-birimiz anladıq. Qarşılıqlı informasiya dəstəyi, əməkdaşlıq müqavilələri imzalamaq olar”.
Separatçı Abxaziya Respublikasının müstəqilliyi Rusiya, Nikaraqua, Boliviya, Venesuela, Nauru və Vanuatu dövlətləri tərəfindən tanınıb.
Vüqar İSMAYILOV