Modern.az

“Mədəniyyət haqqında” qanun dəyişdirildi: yaradıcı şəxslərə “yaşıl işıq”

“Mədəniyyət haqqında” qanun dəyişdirildi: yaradıcı şəxslərə “yaşıl işıq”

Aktual

30 Sentyabr 2016, 14:15

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mədəniyyət haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.

 

4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, bu layihə Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok