İstanbulun Üsküdar adlanan tərəfindəki erməni qəbiristanlığında erməni memarlar Balyan qardaşlarının abidəsi açılıb. Erməni memarlarının öncədən burda məzarları olsa da, sonradan bir tikinti əsasında sökülmüşdü. Yeni abidələrin qoyulmasına erməni xeyriyəçi Hiraç və Hagop Qırmızıyan qardaşları sponsorluq ediblər. Qeyd edim ki, erməni qardaşlar - Garabet, Agop, Sarkis Balayan 18 və 19-cu əsrlərdə Osmanlı dövləti tərəfindən inşa etdirilən bir çox əhəmiyyətli arxitekturaya imza atıblar. Bu xəbərin izinə düşərək, İstanbulda kök salmış erməni qardaşların tarixi şəhərdə hansı memarlıq əsərlərinə imza atdıqlarını araşdırdım.
Dolmabahçe Sarayı
Dolmabahçe Sarayı İstanbulda qurulmuş bir şah sarayıdır. İstanbula gələn milyonlarla turist bu sarayı ziyarət etmədən keçmir. Dolmabahçe Balyan ailəsinin ən əhəmiyyətli və ən göz önündə olan əsərlərindən biridir. Sultan Əbdülməcid dövründə Garabet Balyan və Nikoğos Balyanın birlikdə inşa etdiyi bu sarayda Mustafa Kamal Atatürkün həyatının son dövrləri keçib və vəfat edib. Barokko arxitekturasının ən gözəl nümunələrindən biridir Dolmabahçe Sarayı.
Dolmabahce-saat-qülləsi
Saat qulləsi 1890-1895-ci illər arasında Sultan II Əbdulhəmid tərəfindən Nikoğos Balyan ilə Sarkis Balyana sifariş edilib. Erməni qardaşların inşa etdiyi 4 mərtəbəli qüllənin yüksəkliyi 27 metrdir. Fransadan gətirilən saatlar John Meyer tərəfindən qurulub.
Bezm-i aləm Validə Sultan Dolmabahce Məscidi
Bütün zarafətiylə Dolmabahçe sarayının yanında duran Bezm-i aləm Validə Sultan Məscidi Sultan Əbdülməcidin anası Bezm-i Aləm Validə Sultan tərəfindən sifariş edilib. O öldükdən sonra isə Sultan Əbdülməcid tərəfindən tamamlanıb. Bu məscidin dizaynı da Garabet Balyana aiddir. Əslində bu zəngin caminin memarının italyan Monti oldugu deyilirdi. Amma qısa araşdırmadan sonra başqa bir fakt da ortaya çıxdı. Doğrudur burda italyan memarının da əli işi öz əksini tapıb. Amma caminin əsas memarı erməni Sarkis Balyan və Agop Balyan olub. Camidə çalışan baş usta Ohanes, yardımçısı isə Dimitri adlı rus olub. Validə Sultan caminin tikintisini məhz qeyri-müsəlman dinindən olan insanlara əmanət edib. Camiyə ilk girəndə Çirağan sarayındaki memarlıq işinin eynisi görünür.
Bəylərbəyi Sarayı
Sultan Əbdüləziz tərəfindən 1861-1865-ci illər arasında memar Sarkis Balyana sifariş edililib. Bu sarayda bu günə qədər III Napoleonun xanımı Eugenie, Çernoqoriya kralı Nikola və İran şahı kimi bir çox məşhurlar qalıb. Geniş bir bağçanın içindəki saray ilə birlikdə Mərmər köşk, Sarı köşk, Axır köşk və iki kiçik dəniz köşkü var.
Qülləli hərbi lisey
Balyan ailəsinin əl işi olan ən gözəl tikililərdən biri də Anadolu Yaxasındakı Qülləli əsgəri litseydir. Sultan Əbdülhəmid dövründə erməni memar Garabed Amira Balyan tərəfindən inşa edilib. Bu liseydə Türk Silahlı Qüvvələri üçün zabitlər yetişdirilir.
Səlimiyə Kışlası
Səlimiyə Kışlası Balyanların ən görkəmli əsərlərindən biridir. İstanbulun Üsküdar rayonunda III Səlim tərəfindən Nizami-Cədid əsgərləri üçün inşa etdirilib. Səlimiyə Kışlası ilk olaraq III Səlim dövründə yeni qurulan nizami Cedid əsgərlərinə verilib. Yeniçerilerin üsyanı nəticəsində yıxılan bu ərazi II Mahmud dövründə yenidən inşa edilib.
Sultan Əbdülməcid dövründə iki dəfə yenilənən kışlanın dörd küncünə yeddi mərtəbəli bir qüllə əlavə edilib. Krım müharibəsi zamanı ingilis əsgərlərinə verilib. Müasir həmşirəliyin qurucusu Lorence Nightingale 1854-cü ildə kışlaya gələrək, yaralı İngilis əsgərlərinin müalicəsində vəzifə alıb. 1959-63-cü illər arasında Səlimiyə Əsgəri Orta məktəbi adı ilə hərbi orta məktəb olub. Səlimiyə Kışlası indiki vaxtda I Ordu Komandanlığının mərkəz binası olaraq istifadə edilir.
Bəyazıt qülləsi
İstanbulun Bəyazit səmtində 1749-ci ildə inşa edilib. Burada baş verən iki böyük yanğından sonra Sultan II Mahmud zamanında, 1828-ci ildə Senekerim Balyanın memarlığı ilə təkrar tikilib.
Nusretiye məscidi
Sultan II Mahmud tərəfindən 1826-ci ildə memar Krikor Balyana sifariş edilib. Nusretiye məscidi İstanbulun sərhədləri xaricində inşa edilmiş ən böyük məscidlərdən biridir. II Mahmudun yeniçərilərə qarşı qazandığı zəfərin xatirəsinə məscidə "Nusretiye" deyilməyə başlanıb.
Qeyd edim ki, bu saydıqlarımızın xaricində Balyanların İstanbulun müxtəlif yerlərində daha başqa əsərləri də var.
Məhsəti Şərif