Modern.az

ABŞ-ın Suriyaya hücumu zamanı rusiyalı öldü

ABŞ-ın Suriyaya hücumu zamanı rusiyalı öldü

12 Fevral 2018, 23:17

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyaya növbəti dəfə hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində Kirill Ananyev adlı "Başqa Rusiya" təşkilatının üzvü həlak olub.

 

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev məsələ ilə bağlı açıqlamasında Ananayevin könüllü olaraq Donbasda vuruşduğunu, bundan sonra Suriyaya getdiyini bildirib.

Konstantin Kosaçev qeyd edib ki, Kirill Ananyev rəsmi olaraq hərbi xidmətdə olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var