Modern.az

MM-in komitə sədri əhalini təşvişə düşməməyə ÇAĞIRDI

MM-in komitə sədri əhalini təşvişə düşməməyə ÇAĞIRDI

Parlament

13 Mart 2020, 12:56

“Yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırki neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Əhaliyə heç bir təlaşa düşməməyi tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbayanın banklarında kifayət qədər xarici valyuta var:

 

“Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok