Modern.az

Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir

Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir

Aktual

30 May 2020, 15:55

01.06.2020-ci il tarixində Pirşağı qəsəbəsində aparılan işlər ilə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az verilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək. 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi