Modern.az

Səbinə Babayevaya mükafat verilib

Səbinə Babayevaya mükafat verilib

Mədəni̇yyət

28 May 2012, 11:03

“Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən və 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada mətbuatın mükafatına (Press Award) layiq görülüb. Modern.az müsabiqənin rəsmi saytına istinadən bildirir ki, möhtəşəm şouda "When the music dies" mahnısını ifa edən Səbinə Babayeva media mənsublarının səverməsində birinci olaraq bu mükafata layiq görülüb.

Müsabiqədə "Ən yaxşı müğənni" (Artistic Award) mükafatı elə “Eurovision-2012”nin qalibi, İsveç təmsilçisi Lorinə təqdim edilib. 57-ci “Eurovision”da "Ən yaxşı bəstəkar" mükafatı müsabiqədə qalib mahnı "Euphoria"nın bəstəkarı Tomas Gison və Peter Bostroma verilib.

 Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir