Modern.az

Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 dollardan 35 dollara endirilir

Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 dollardan 35 dollara endirilir

İqtisadiyyat

31 İyul 2020, 17:35

2020-ci il Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə dəyişiklik edilir. Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan neftinin bir barelinin qiyməti 35 dollardan götürülür.

Qeyd edək ki, bundan əvvəl neftin bir barelinin qiyməti 55 dollar müəyyən olunmuşdu. Layihə Milli Məclisin avqustun 4-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok