Türkiyənin “Adana Qardaş Mədəni Dərnəkləri” mətbuata birgə açıqlama verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, açıqlamada bildirilir: "Haqlı davasında Azərbaycanın yanındayıq. İşğal altında olan ərazilərini geri qaytarmaq üçün apardığı müharibə Azərbaycanın ən təbii və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində əks olunan beynəlxalq hüquqa əsaslanan haqqıdır və biz bu haqlı müharibədə Azərbaycanımızın yanındayıq və hər zaman yanında olacağıq....!"