Modern.az

İlham Əliyevə “Xilaskar” ordeni verilsin - TƏKLİF

İlham Əliyevə “Xilaskar” ordeni verilsin - TƏKLİF

Mədəni̇yyət

20 Noyabr 2020, 13:05

"Təklif edirəm ki cənab prezidentə “Xilaskar” ordeni verilsin”

 

Modern.az xəbər verir ki, bunu parlamentin plenar iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib.

 

O, qələbəmizin təmin olunmaında mütəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan İlham Əliyevin təltif olunmasını təklif edib:

 

“Məncə bu ədalətli olardı ki, xüsusi olaraq bir nüsxədə "Xilaskar" ordeni təsis edilsin və cənab prezident təltif olunsun”.

 

Deputat Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib:

 

“Torpaqları işğaldan azad edilən dövlətlərin sərkərdələrinə verilən ordenlərə nəzər saldım. Çox zaman həmin sərkərdələrə ordu marşalı rütbəsi verilib. Təklif edirəm ki, Ali Baş Komandana ordu marşalı rütbəsi verilsin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir