Mustafa Qula Bala
Hörmətli Modern .az! Rüstəm Behrudini yada gətirdiyiniz üçün çox sağ olun. Mübarizə dolu milli düşüncə tərzinin formalaşmasında yaradıcı ziyalıların misilsiz rolu var. Çağdaş poetik dünyamızda Rüstəm Behrudinin öz dəst-xətti var. Rüstəm haqda fikirlərimi iki il öncə poetik dildə qələmə almışam. "Rüstəm Behrudiyə açıq məktub"-u Sizə təqdim edirəm!
Rüstəm Behrudiyə açıq məktub
Zəng etdim, telefonu götürmədin sənin də "xətlərini" kəsiblər, yoxsa…
Tanrı Dağından
gəlib,
Haqqa sığınan
Dərviş,
Cismin Dağdan güc
almış,
Ruhun Göydən
pərvəriş!
Götürüb babaların
söz dolu xurcununu
“Şaman duaları”nla
Düzəlmisən yollara,
Yolların oymaq-
oymaq,
Yolların hey
Kəndbəkənd,
Ya Urmiya,
ya Dərbənd!
Uşaqçın “Yurd
nağılın”
Böyükçün “Qurd
nağılın”,
Anlayan kim,
qanan kim,
Haqq oduna yanan kim,
Öz əslini danan
kim!?
Şair qardaş
naola de
Sən “göydənmi gəlmisən?”
Haraya gəldiyini
Hələ də bilməmisən?!
Tülkülü, canavarlı,
Çaqqallı, havadarlı,
Bir az məmur
havalı,
Bir az da
deputatlı,
Bir az rüşvət
soraqlı,
Məclisləri araqlı,
Katibəli, “oxranlı”,
Kişilər zamanında
Sən haqqın sorağında?!
Haqqın yolu daş-kəsək
Göz yaşın
ətək-ətək!
Efir məkanlarında
Vədə dolu siyasət,
Siyasətin yanında
Rüşvət dolu cinayət!
Şairlər də çaşıbdır
Bu savaş meydanında;
Beş mərtəbəli evin
Lap yeddinci qatında
Anar qibləni tapmır!
Zəlimxan isə yatmır;
İndi də mədhlər yazır
Peyğəmbərin adına
Bəlkə tanrı yetişdi
Rəiyyətin dadına!
Rüstəm qardaş
naola de,
Sən “göydənmi gəlmisən?”
Haraya gəldiyini
Hələ də bilməmisən?!
Bu yer fərqli
cahandır,
Bura Azərbaycandır.,
Bizim bu məmləkətdə
Hər iş bir
imtahandır.
İmtahan götürənin
sağ-soldışı
şeytandır.!
Şeytan dolu
məkanda
Füzulilər döyülüb,
Nəsimilər soyulub.
Ölməyini çox görüb
Doğmaca vətənində
Sibirə göndəriblər
Cavid əfəndini də!
Seyidi qanmayıblar,
Sabiri qanmayıblar,
Gizli hoqqalarıyla
Şıxəlini kül edib
Gör necə yandırıblar,
Tarixi dondurublar !
Sənsə haqq axtarırsan
Dağda, daşda, kəsəkdə,
Göz yaşların ətəkdə!
Görə-görə dərdləri
Götürüb babaların
Göz dolu xurcununu
Düzəlmisən yollara.
Ah, bu necə sənətdir,
Sənə sənət qəhətdir?!
“Şaman duaları”nla
Bu millətin
dərdini
Yaza-yaza gedirsən,
Gör ki, nələr
edirsən!
Sənə salamlar olsun
Ey boz qurdlü ruhların
Nəğmə qoşan sirdaşı,
Millətin qan yaddaşı!
Amma öz aramızdır,
“Göylərdən gələn” qardaş,
Bu yerlər çox gözəldir,
Gözəllikdə əzəldir!
Burda Nizami şeri,
Füzuli qəzəli var,
Seyidin kəlamları
Alimin muğamları,
Millətin haqq
səsi var!
Qarabağ naləsi
var!
Bura dahilər
yurdu,
Qıratlar
oylağıdır.
Mil-Muğan,
Kəlbəcər,
Bata-bat
yaylağıdır.
Bu yerin
mayasında
Mubarizə
dayanır-
Qılıncdan qələmədək!
Döyüş-vuruşlar
bitməz
Millət oyananadək!
Tanrı dağından
gəlib
Haqqa sığınan
Dərviş,
Cismin Dağdan
güc almış,
Ruhun Göydən
pərvəriş.
Götürüb
babaların
Söz dolu
xurcununu
“Şaman duaları”nla
Düzəlmisən
yollara-
Yollar boyu seyr elə
Çəpik çalmaq istəməyən
"qandallanmış qollara"!
Babalar
söyləmişkən
Dünya belə
qalamaz
Dəyişəcəkdir
gərdiş,
Sənə uğurlar
olsun
Bu savaş
meydanına
Tanrı Dağından
gəlib
Haqqa sığınan
Dərviş!