Modern.az

8 il öncəki intihar, evli qadının xəyanəti...- Dəhşətli qətlin detalları

8 il öncəki intihar, evli qadının xəyanəti...- Dəhşətli qətlin detalları

Hadisə

8 Dekabr 2022, 13:50

Biləsuvar rayonunun Xırmandalı kəndində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin qətlə yetirilməsinin təfərrüatları məlum olub. Hadisənin Cavad Kazımov tərəfindən 8 il öncə baş vermiş intihar hadisəsi ilə əlaqədar törədildiyi müəyyən edilib. 

 

Qətllə bağlı Modern.az-a danışan Xanabad kəndinin icra nümayəndəsinin müavini Tofiq Paşayev bildirib ki, tərəflər arasında 2014-cü ildən bəri münasibətlər gərgin olub. Buna səbəb Cavad Kazımovun bacısının intihar etməsi göstərilib:

 

“Onlar arasında problemlər 8 il öncədən başlayıb. Məndə olan məlumata görə, o dövrdə Cavad Kazımovun evli bacısı ilə Mehtun arasında münasibət olubmuş. Onların əlaqələrinin üstü açılanda iki uşağı ilə atası evinə gələn qadın bir müddət sonra zəhərlənmədən ölmüşdü. Onun özünü öldürdüyü deyilirdi. Bu hadisədən sonra münasibətlər düşmənçilik həddinə çatmışdı. Çox güman ki, məlum qətl hadisəsi də məhz bundan irəli gəlir”.

 

Tofiq Paşayev vurğulayıb ki, qətlə yetirilən Mehtun Qarayev 5 uşaq atası imiş:

 

“Deyilənə görə, qətl hadisəsi baş verən gün Cavad içkili olub, bacısı ilə Mehtunun keçmiş münasibətini yadına salıb və onu öldürmək qərarına gəlib. Hazırda araşdırma aparılır, hadisənin dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq”.

 

Qeyd edək ki, dekabrın 8-i gecə saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişi həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində odlu silahdan atəş açaraq qətlə yetirdiyi müəyyən olunub.

 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok