ABŞ Ukraynaya 460 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg"in müxbiri Cennifer Ceykobs məlumat yayıb.
Məlumata görə, yeni yardım paketinə aşağıdakılar daxildir:
HIMARS üçün əlavə sursat
155 mm-lik artilleriya üçün mərmi
120 mm-lik minaatan üçün mərmilər
4 hava müşahidə radarı
"Javelin" tank əleyhinə raket sistemləri
2000-ə yaxın tank əleyhinə raket
4 ədəd "Bradley" piyadaların atəş dəstəyi maşını
2 taktiki təmir maşını
"Claymore" piyada əleyhinə mina
Təhlükəsiz rabitə sistemləri
Gecəgörmə cihazları
Ehtiyat hissələri və digər avadanlıqlar
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Co Bayden Kiyevə səfər edib və Ukraynaya yeni hərbi yardım ayrılacağını açıqlayıb.
Akif İsmayılov