Modern.az

Kişi idmançılar özlərini qadın kimi təqdim etdilər

Kişi idmançılar özlərini qadın kimi təqdim etdilər

İdman

26 Mart 2023, 08:54

Beynəlxalq Boks Assosiasiyasının rəhbərliyi Hindistanda keçirilən qadınlar arasında dünya çempionatında iştirak etmək üçün özünü qadın kimi təqdim edən idmançıları siyahıdan çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a təşkilatın prezidenti Umar Kremlev məlumat verib.

 

“DNT testlərinin nəticələrinə əsasən, həmkarlarını aldatmağa cəhd edən və özünü qadın kimi göstərən bir sıra idmançını müəyyən etdik. Testlərin nəticələrinə görə, onlarda XY xromosomları olduğu sübuta yetirildi. Belə idmançılar müsabiqədən uzaqlaşdırıldı”, - Kremlev bildirib.

 

Qeyd edək ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 26-dək Nyu-Dehlidə keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir