Modern.az

Fazil Mustafa evinin qarşısında güllələndi - YENİLƏNİB

Fazil Mustafa evinin qarşısında güllələndi - YENİLƏNİB

Hadisə

28 Mart 2023, 22:24

Bu gün axşam saatlarında deputat Fazil Mustafa silahlı hücuma məruz qalıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə iftardan sonra baş verib. 

 

Belə ki, deputat dostları ilə birlikdə iftar mərasimində iştirak edib. O daha sonra yaşadığı evə yollanıb. Fazil Mustafa evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. 

 

Hadisə Zabrat ərazisində baş verib. İlkin məlumata görə, deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Əraziyə təcili tibbi yardım çağırılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Ximdətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

 

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

 

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

 

Xəbər yenilənir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok