Martın 27-də Laçındakı sərhəd-buraxılış məntəqəsinin üzərində bayrağımızın qaldırılması barədə Prezidentə məruzə edilməsi, Tərtərdə mina partlayışı, Zelenskinin Çin lideri ilə telefon danışığı və digər mövzular gündəmdə olub.
Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:
Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı olub. Piyada əleyhinə minanın partlaması nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri ölkəmizin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımızı qaldırıb. DSX-nin zabiti bayrağımızın qaldırılması barədə Ali Baş Komandana məruzə edib.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını pisləyib. Qeyd olunub ki, bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə, açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib.
Ukrayna prezidenti Volodimir Zelenski və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub. "Uzun və mənalı telefon danışığı apardıq. Bu zəngin və Ukraynanın Çinə səfir təyin etməsinin ikitərəfli əlaqələrimizin inkişafına güclü töhfə qazandıracağına inanıram", - deyə Zelenski qeyd edib. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Zelenski ilə Si Tsinpin arasında söhbətin təşəbbüskarı Ukrayna tərəfi olub. Ukrayna prezidentinin nümayəndəsi Sergey Nikiforov isə deyib ki, söhbət bir saata yaxın davam edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Daha sonra bildirilib ki, Ərdoğan aprelin 27-də keçirilməsi planlaşdırılan "Akkuyu" atom elektrik stansiyasının açılış mərasimində videokonfrans formatında iştirak edəcək. Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş dövlət başçısının sağlamlıq durumunun qaydasında olduğunu bildirib.
Prezidentin sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1500 manat veriləcək. Dövlət başçısının dünən imzaladığı sərəncam ümumilikdə 3729 nəfərə şamil olunacaq.
Ötən gün axşam saatlarından Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Bakıya gəlib. "Qafqaza səfərimə Azərbaycan, Ermənistan, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəldim. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. O, buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım mesajdır" – deyə nazir bildirib.
XİN məlumat yayıb ki, Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilir.
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı aparıb. Telefon danışığı zamanı regionda yaranmış hərbi-siyasi vəziyyət müzakirə edilib. Tərəflər Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Paşinyan bunun ardınca Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Telefon danışığı zamanı Laçın dəhlizi ətrafındakı vəziyyət müzakirə olunub.
Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi baş tutub. Əsir mübadiləsi çərçivəsində 44 nəfər geri qaytarılıb. Rusiya Ukraynada əsirlikdə olan 40 hərbçinin azad edildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrə yeni komandan təyin edilməsi barədə məlumatı təsdiqləyib. Bildirilib ki, 25 aprel 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib.
Dünya bazarında "Brent" markalı neftin bir barelinin iyul fyuçerslərinin qiyməti 78 dollardan aşağı düşüb. Londonun ICE birjasında axşam saatlarında "Brent" markalı neftin barreli 77,99 dollara satılıb. Neftin qiyməti səhər saatlarında birjanın açılmasından bəri 3,43% azalıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:
Azərbaycanda elm və təhsil telekanalı yaradılsın! - TƏKLİFLƏR
Prokuror intim videoları yayılan FHN polkovnikinə cəza istədi
“Dedi ki, üzdəniraq söhbətidir...” - Rəşad Dağlının törətdiyi qətllə bağlı YENİ FAKTLAR
Oğlumun paylaşımı mənim üçün gözlənilməz oldu - İsa Qəmbər
Başlıbeldən son görüntülər - FOTOLAR
Elçilərinə “yox” dedilər, sevdiyi qızın qohumunu öldürdü - FOTOLAR
Yeni peykin orbitə çıxarılması üçün danışıqlar aparılır
Gürcüstanın beyin mərkəzi “Millət İttifaqı”nın xarici siyasətindən YAZDI
Quru sərhədləri açılmasa, turizm dirçəlməyəcək…
Vaşinqton Ermənistanı cəzalandıracaqmı? - ŞƏRH
Navalnıya qarşı yeni iş açıldı - Bu dəfə terrorda ittiham edirlər
Erməni yalanlarına inanma, Azərbaycanı dinlə! - Senatordan fransız nazirə ÇAĞIRIŞ
Sərhədi gizlicə keçib Elçibəylə görüşərdim – Ərdoğanın rəqibi
Dünya sürətlə hərbiləşir: Yeni müharibənin astanasında, bu dəfə tamamilə fərqli...
Xankəndidən köç başladı: Ermənilər təcili evlərini satır - QİYMƏT
DSX Laçından yeni görüntülər YAYDI
Elmira Axundova Kiyevə niyə qayıtmır? - Səbəbini açıqladı
Türkiyə daha bir pilotsuz döyüş təyyarəsi hazırladı - FOTOLAR
Azərbaycan parlaq oyun nümayiş etdirir - Arestoviç
Zelenski Çin lideri ilə danışıqların detallarını AÇIQLADI
Müxalif partiya sədrlərindən İsa Qəmbərin oğluna ETİRAZ
Bunu 30 il əvvəl etsəydik, müharibədən qaça bilərdik - Erkin Qədirli