Modern.az

Sərhədi gizlicə keçib Elçibəylə görüşərdim – Ərdoğanın rəqibi

Sərhədi gizlicə keçib Elçibəylə görüşərdim – Ərdoğanın rəqibi

26 Aprel 2023, 12:06

Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə vahid namizədi Sinan Oğan Azərbaycanla bağlı xatirələrini bölüşüb.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə "Babala TV"də Oğuzhan Uğurun qonağı olarkən danışıb.

 

"Sovetlər İttifaqı dönəmində qaçaq şəkildə sərhəddən keçərdim və gizlicə rəhmətlik Elçibəylə görüşərdim. Azərbaycana məktublar göndərərdim. "Azərbaycan Gəncləri" qəzetində göndərdiyim məktublar dərc olunardı. Yaşadığım ünvana da SSRİ-dən məktublar, kitablar göndərilərdi", - deyə o bildirib.

 

Qeyd edək ki, Sinan Oğan bir müddət Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsini tutub.

 

Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

Sinan Oğanın Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəylə birgə nadir fotosunu təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir