Modern.az

Erməni yalanlarına inanma, Azərbaycanı dinlə! - Senatordan fransız nazirə ÇAĞIRIŞ

Erməni yalanlarına inanma, Azərbaycanı dinlə! - Senatordan fransız nazirə ÇAĞIRIŞ

26 Aprel 2023, 12:50

“Fransanın xarici işlər naziri Katrin Kolonna Bakıya səfər etməklə erməni lobbisinin yalanlarından uzaqlaşıb, Azərbaycanın həqiqətlərinə baxa bilər”. 

 

Bunu Modern.az-a açıqlamasında Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Qule deyib.

 

Katrin Kolonnanın Azərbaycana səfərindən danışan Senator XİN başçısının tərəfsiz davranmalı olduğunu bildirib: 

 

“Bundan sonra Fransa XİN ermənilərin yalanlarına uymaqdansa, Azərbaycanın da mövqeyini dinləsin. Məncə, nazir bu səfərlə işğaldan azad edilmiş torpaqlardakı reallığını görə bilər. Eyni zamanda Azərbaycanın sülhlə bağlı iradəsini görməlidir. Bundan əlavə, o, başa düşəcək ki, Azərbaycan İran və Rusiyaya qarşı güclü müttəfiqdir. Ermənistanın Ukraynaya qarşı silah qaçaqmalçılığı ilə Rusiyaya yardım etməsinin tam əksi olaraq Azərbaycan sülhün tərəfdarıdır. Bu gün Ermənistan İran rejiminə kömək edir. Hesab edirəm ki, bu dəfə səfər zamanı XİN başçısından sülhə çağırış gözləmək olar”.  

 

Fotoda: Natali Qule

 

Qeyd edək ki, Fransanın xarici işlər naziri Katrin Kolonna bu gün Azərbaycana səfər edəcək. Səfərdə Cənubi Qafqazdakı problemlər müzakirə olunacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok