Modern.az

Mirzoyan Gürcüstana səsləndi: Onların kökünü kəsmək lazımdır

Mirzoyan Gürcüstana səsləndi: Onların kökünü kəsmək lazımdır

Dünya

5 İyun 2023, 16:24

"İrəvan və Tbilisi bütün məsələləri səmimi və konstruktiv şəkildə müzakirə edir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Ermənistan və Gürcüstan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Lakin o, hər iki cəmiyyətdə “arzuolunmaz təzahürlərin” zaman-zaman baş verə biləcəyini etiraf edib: "Və hər iki ölkənin hakimiyyətinin vəzifəsi onların qarşısını almaq və ya kökünü kəsməkdir".

 

"Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur. İrəvan Tbilisi ilə isti və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirməyi hədəfləyir", - Mirzoyan fikrini belə yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü